Yəhya Sinvar: “HƏMAS tərksilahı tələb edən razılaşmanı qəbul etməyəcək”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i411805-yəhya_sinvar_hƏmas_tərksilahı_tələb_edən_razılaşmanı_qəbul_etməyəcək
HƏMAS-ın Qəzzədəki siyasi lideri bildirib ki, HƏMAS silahlarını təslim etməyəcək və silahların təhvil verilməsini tələb edən heç bir müqaviləni imzalamayacaq.
(last modified 2024-06-07T06:55:04+00:00 )
İyun 07, 2024 09:01 Asia/Baku
  • Yəhya Sinvar: “HƏMAS tərksilahı tələb edən razılaşmanı qəbul etməyəcək”

HƏMAS-ın Qəzzədəki siyasi lideri bildirib ki, HƏMAS silahlarını təslim etməyəcək və silahların təhvil verilməsini tələb edən heç bir müqaviləni imzalamayacaq.

Wall Street Journal Yəhya Sinvarın danışıqları aparan ərəb nümayəndə heyəti ilə söhbətinə istinadən bildirib ki, o, yalnız İsrailin daimi atəşkəsə əməl edəcəyi təqdirdə sülh sazişinə razı olacaq.

Qeyd edək ki, hərakat liderinin bu açıqlamaları ABŞ prezidenti Co Baydenin Qəzzədə  8 aydır davam edən müharibəyə son qoymaq təklifinə cavab olaraq verib.

Aparılan müzakirələrdə ərəb vasitəçilərinin dediyinə görə, cümə axşamı Sinvardan alınan qısa mesajda o qəti olaraq bildirib ki, HƏMAS silahlarını təhvil verməyəcək və HƏMAS-ın silahlarını təhvil verməsini tələb edən heç bir müqaviləni imzalamayacaq.

Bu arada iki yüksək rütbəli Amerika rəsmisi, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns regionda uzun müddətdir dalana dirənmiş danışıqların tez bir zamanda başladılması məqsədi ilə müzakirələrə başladığını deyib.