İyun 08, 2024 17:28 Asia/Baku
  • Yəmən ordusu Qırmızı dənizdə daha 2 gəmiyə zərbə endirib

Yəmən silahlı qüvvələrinin sözçüsü yeni bəayanat yayaraq Qırmızı dənizdə daha iki gəminin ölkənin ordu qüvvələri tərəfindən hədəfə alındığını elan edib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Qırmızı dənizdə aparılmış son əməliyyatlara bağlı verdiyi açıqlamada sionist rejiminin Eylat limanına istiqamət alan "Elbella" və "GENOA" adlı iki gəminin Yəmən silahlı qüvvələrinin hədəfinə tuş gəldiyini bildirib

"Yəmən qüvvələri İsrailin işğal etdiyi ərazilərdəki limanlara gedişin qadağan edilməsi qərarını pozan şirkətlərin yük və nəqliyyat gəmilərinə qarşı çoxlu sayda PUA, ballistik və dəniz raketləri ilə Qırmızı dənizdə ardıcıl olaraq iki əməliyyat keçirib"-Yəhya Səri əlavə edib.

Yəmən silahlı qüvvələrinin sözçüsü daha sonra vurğulayıb ki, bu ölkənin hərbi qüvvələri sionist rejiminin Qəzzədə hücumlarını dayandırmayana qədər rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarının davam edəcəyinə öhdəlik durublar.

Qeyd edək ki, ötən cümə axşamı da Yəmən ordusu sionist rejimin Qəzza zolağının cənubunda yerləşən Rəfəh şəhərində törətdiyi cinayətə cavab olaraq Qırmızı dənizdə bir neçə pilotsuz təyyarə ilə Amerikanın “Roza”, “Vantage Dream” və “Maersk Seletar” gəmilərini hədəfə almışdı.