İyun 11, 2024 13:07 Asia/Baku
  • İsrail Hizbullahın gücü ilə hesablaşmalıdır - AKTUAL

Qərb mediası Livan sərhədində qarşıdurmanın başlaması ilə bağlı sionist rejim rəhbərlərinə xəbərdarlıq edir, çünki onlar Hizbullahı Qəzzəni İsrail üçün bataqlığa çevirən HƏMAS-dan qat-qat güclü və daha hazırlıqlı hesab edirlər.

Sionist rejimin Qəzzəyə qarşı təcavüzünün genişlənməsi və Hizbullahın bu rejimə ağrılı hücumları ilə Netanyahu hökumətinin Livana genişmiqyaslı hücuma hazırlaşmasına dair şayiələr yayılıb.

“Guardian” qəzeti İsrail rəsmilərinin Livanla həmsərhəd bölgələrə səfəri ilə eyni vaxtda Vaşinqtonun İsrailə Hizbullahla müharibə barədə xəbərdarlıq etdiyini yazıb.

Bu Britaniya qəzetinin xəbərinə görə, Bayden administrasiyası İsrailə xəbərdarlıq edib ki, Livan Hizbullahına qarşı münaqişənin genişlənməsi İranın müdaxiləsi riski ilə müşayiət oluna bilər.

“Axios” internet saytı isə adları açıqlanmayan iki yüksək rütbəli amerikalı məmura istinad edərək bildirib ki, ABŞ hökuməti İsrailə Livanda məhdud müharibənin və ya kiçik regional müharibənin baş verməsinin real variant olduğuna inanmadığını bildirib.

Bu arada Qərb mediası yazır ki, Qəzzədə davam edən səkkiz aylıq müharibədə həmişə HƏMAS-ın tamamilə məhv edilməsi şüarını səsləndirən sionist hakimiyyət orqanları indiyədək heç bir məqsədlərinə nail ola bilməyiblər. Maraqlıdır ki, sionistlər indi də “Hizbullahın məhvi” ilə bağlı eyni şüarı təkrarlayırlar.

Digər tərəfdən “Cradle” saytı yazıb ki, İsrail ekstremal ssenarilər həyata keçirməyə hazırlaşarkən, Livan Hizbullahı hərəkətlərini artırıb, belə ki, son günlər Hizbullah İsrailin hərbi obyektlərinə qarşı əməliyyatlarının intensivliyini və miqyasını çoxaldıb.