Fələstinli mübarizlər tarix yazır
Əl-Qəssam Batalyonları Rəfəhdə sionist hərbçilərə ölümcül zərbə endiriblər
İyun 11, 2024 13:16 Asia/Baku
HƏMAS-ın hərbi qanadı olan Şəhid İzəddin Əl-Qəssam Batalyonları Rəfəhdə sionist əsgərlərin yerləşdiyi evi partlatdıqlarını və bir neçə əsgəri öldürdüklərini bildiriblər.
İzzəddin Əl-Qəssam Batalyonlarının yaydığı bəyanatda bildirilib ki, bu batalyonun döyüşçüləri sionist əsgərlərin pusqu qurduğu Rəfəhdəki Şaburə düşərgəsində bombalanmış evi partladıblar, nəticədə bir neçə sionist əsgər ölüb və yaralanıb.
Əl-Qəssam açıqlayıb ki, bir qrup sionist əsgər bu evə daxil olan kimi döyüşçülər onu partladıblar.