Ənsarullah sionistlərin əsas himayədarına meydan oxuyur
Yəmən ABŞ-ın təyyarədaşıyan gəmisini hədəf alıb
Yəmən Silahlı Qüvvələrinin ABŞ-ın "Eisenhower" təyyarədaşıyan gəmisini və daha bir esminesini Qırmızı dəniz və Məkran dənizində hədəfə alındığını açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bildirib ki, Amerika gəmisi bir neçə ballistik raketlə dəqiq şəkildə hədəfə alınıb. Bundan əlavə, Yəmən ordusunun raket bölməsi bir neçə ballistik və qanadlı raketlərlə ABŞ-ın “Eisenhower” təyyarədaşıyan gəmisini hədəfə alıb.
General-mayor Sərii əlavə edib: “Bu iki hərbi əməliyyatda nəzərdə tutulan hədəflər birbaşa və dəqiqliklə vuruldu. Allahın köməyi ilə Fələstin xalqına dəstək və müdafiə məqsədilə hərbi əməliyyatların həyata keçirilməsi təcavüzün dayandırılmasına və Qəzzə zolağının blokadası götürülənə qədər davam edəcəkdir”.