İyul 17, 2024 18:41 Asia/Baku
  • Sionist rejimin Qəzzəyə hücumları 60 fələstinlinin həyatına son qoyub

İyulun 16-da sionist rejimin "təhlükəsiz zona" elan edilən bölgələr də daxil olmaqla Qəzzənin cənub və mərkəzinə endirdiyi zərbələr 60-dan çox fələstinlinin həyatına son qoyub.

İsrail Qəzzə zolağının şimalında və cənubunda quru hücumlarının miqyasını azaltsa və ya dayandırsa belə, bu bölgələrə hava hücumları hələ də davam edir və demək olar ki, hava hücumları hər gün Aralıq dənizi sahilləri boyunca təyin olunmuş "təhlükəsiz zona"ya da endirilir, hansı ki, sionist rejim qaçqın fələstinlilərə hava hücumundan xilas olmaq üçün bu bölgələrə sığınmağı söyləmişdi.

Sionist rejim  burada dinc sakinlər arasında gizlənən Həmas hərbçilərini hədəf aldığını iddia edir. 

Ən ölümcül hücum çərşənbə axşamı Xan Yunis şəhərində çadır düşərgələri ilə dolu və izdihamlı küçədə baş verdi ki, ən azı 17 nəfərin həlak olması ilə nəticələndi.

Bu hücum HƏMAS-ın yüksək səviyyəli hərbi komandirinin hədəfə alındığı yerin yaxınlığında həyata keçirildi. Bu hücumda aralarında uşaqların da olduğu 90-dan çox fələstinli şəhid oldu. 

Çərşənbə axşamı günü Qəzzənin mərkəzindəki Nuseyrat və Zəvayidə qaçqın düşərgələrini hədəf alınıb. Deyr əl-Bələhdəki Əl-Əqsa xəstəxanası rəsmilərinin bildirdiyinə görə, dörd evə hücum nəticəsində 10-u qadın və dördü uşaq olmaqla, azı 24 nəfər fələstinli şəhid olub. 

Nuseyratda yerləşən və ailələrin sığındığı BMT-nin başqa bir məktəbinə hücum da azı 9 nəfərin şəhid olmasına səbəb olub.

Teqlər