İyul 18, 2024 14:14 Asia/Baku
  • Sakinlərin 90%-i köçkün düşüb

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) sionist rejimin Qəzzə zolağına işğalçı hücumundan sonra bu bölgədə yaşayan əhalinin 90 faizinin köçkün düşdüyünü açıqlayıb.

İRNA-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, UNİCEF əlavə edib: “Ötən ilin oktyabr ayı müharibə başlayandan evlərini tərk edən bu köçkünlərin çoxu uşaq və qadınlardır”.

Həmin məlumata əsasən, Qəzzə zolağının sakinlərinin əsas ehtiyacları və təhlükəsizliyi olmadığı üçün köç etməyə məcbur olduqları yerlərdə, əsas ehtiyacların təminatı və asayiş yoxdur.

Bu arada Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini bu yaxınlarda bəyan edib ki, İsrail rejimi son 10 gündə anklavda 6-sı UNRWA-ya aid olan ən azı 8 məktəbi bombalayıb.