Livan xarici işlər naziri:
Livanla müharibə Yaxın Şərqi silkələyəcək
Livanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında İsrailin Livanla müharibəni gücləndirmək niyyəti ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, hər hansı yanlış hesablamalar bütün regionu uçuruma sürükləyəcək.
Livanın xarici işlər naziri Abdullah Bu Həbib Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün keçirilən iclasda deyib: "Biz yanlış hesablamalar, uçurumun kənarında oynamaq və bütün bölgəni böyük bir partlayışa sürükləmək təhlükəsinə qarşı xəbərdarlıqlarımızı təzələyirik".
Bu Həbib Livanla hərtərəfli müharibənin bütün bölgəni sarsıdacağını bəyan edərək, əlavə edib: "Bu müharibə təkcə Livan və İsrail deyil, həm də qonşu ölkələrdən yeni köçkün böhranına səbəb olacaq və Avropa bundan amanda qalmayacaq".
O, Livanın cənubunda davamlı sabitlik və təhlükəsizlik şanslarını artırmaq üçün aydın və bəyan edilmiş beynəlxalq zəmanətlərə malik inteqrasiya olunmuş səbət çərçivəsində 1701 saylı qətnamənin hərtərəfli və tam şəkildə həyata keçirilməsinə doğru hərəkət etmək üçün atəşkəsə çağırıb.