Fələstin Paris oyunları ilə bağlı müraciət etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413076-fələstin_paris_oyunları_ilə_bağlı_müraciət_etdi
Sionist İsrail oyunlardan kənarlaşdırılsın!
(last modified 2024-07-24T07:09:57+00:00 )
İyul 24, 2024 11:03 Asia/Baku
  • Fələstin Paris oyunları ilə bağlı müraciət etdi

Sionist İsrail oyunlardan kənarlaşdırılsın!

Fələstin Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin rəhbərinə ünvanladığı məktubda sionist rejimin Paris Olimpiya Oyunlarından kənarlaşdırılmasını tələb edib.

Fələstin Olimpiya Komitəsinin Tomas Baxa göndərdiyi məktubda vurğulanıb ki, fələstinli idmançılar, xüsusən də Qəzzədə olan idmançılar təhlükəsiz keçiddən məhrumdurlar və davam edən qarşıdurmalar səbəbindən çox əziyyət çəkirlər.

Fələstin Olimpiya Komitəsi əlavə edib: “Təxminən 400 fələstinli idmançı öldürülüb və idman obyektlərinin dağıdılması hazırda ciddi məhdudiyyətlər altında olan idmançıların vəziyyətini daha da ağırlaşdırır”.

Bu komitə həmçinin Birləşmiş Millətlər Təşkilatının Ali Məhkəməsinin sionist rejim tərəfindən Fələstin torpaqlarının işğalının qeyri-qanuni olması ilə bağlı son rəyinə istinad edib.