Avq 02, 2024 18:30 Asia/Baku

Şəhid İsmayıl Həniyyənin cənazəsinin müşayiət mərasimi ölkələrin rəsmilərinin, islami simaların və ərəb əhalisinin iştirakı ilə bu gün Dohada onun cənazəsinə namaz qılındıqdan sonra keçirilib və sonra şəhidin cənazəsi dəfn edilib.

On minlərlə namazqılan məsciddə qılınan cümə namazından sonra Həmas-ın müqavimət rəhbərlrindən birinin imamlığı ilə şəhid İsmayıl Həniyyənin cənazəsinə meyit namazı qılıb. Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ənnəxalə də mərasimdə iştirak edib.

Həmas liderlərindən olan Xalid Məşəl mərasimdə deyibdir ki, Həmas şəhid Həniyyənin təyin etdiyi kursu davam etdirəcək.

Bu şəhid mübariz rəhbərin müşayiət mərasimi Qətərin əmiri və bu ölkənin baş naziri Təmim bin Həməd Ali-Sani, Fələstin müqavimət qrupları, həmçinin İran, Türkiyə və ərəb ölkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

İranın birinci vitse-prezidenti Məhəmməd-Rza Arif də bir nümayəndə heyətilə Dohada şəhid İsmayıl Həniyyənin dəfn mərasimində iştirak edib.

Türkiyə parlamentinin sədri Neman Qurtulmuş da bu mərasimdə ölkəsinin nümayəndə heyətinə başçılıq edir. Heyətin tərkibinə Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir.

Şəhid Həniyyənin cənazəsi dünən Tehranda ona qarşı terror şəraitinin araşdırılması mərhələlərinin təkmilləşməsindən və onun müşayiət olunmasından sonra Dohaya daxil olub