“İsraili alçaldıcı bir zərbə gözləyir”
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413362-İsraili_alçaldıcı_bir_zərbə_gözləyir
Yəmənin Ənsarullah hərəkatının üzvü HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhadətilə əlaqədar sionist rejimi təhdid edib və bildirib ki, bu rejim alçaldıcı zərbələr gözləməlidir.
(last modified 2024-08-03T05:43:53+00:00 )
Avq 03, 2024 09:39 Asia/Baku
  • “İsraili alçaldıcı bir zərbə gözləyir”

Yəmənin Ənsarullah hərəkatının üzvü HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhadətilə əlaqədar sionist rejimi təhdid edib və bildirib ki, bu rejim alçaldıcı zərbələr gözləməlidir.

Həzam əl-Əsəd X sosial şəbəkəsindəki istifadəçi səhifəsində ivrit dilində yazdığı mesajda bildirib: “İsraillilər niyə narahatdırlar? Çünki onları alçaldıcı və rüsvayçı bir zərbə gözləyir”.

Ənsarullah hərəkatının lideri Seyid Əbdülmalik əl-Husi də deyib ki, sionist düşmən cinayətlərini artıraraq, özünü qaçılmaz süquta yaxınlaşdırmışdır.

Onun sözlərinə görə, şəhid Həniyyənin Fələstinin ədalətli və müqəddəs amal və idealına xidmətdə, Fələstinin və Məscidül-Əqsanın azad edilməsi uğrundakı mübarizədə müstəsna rolu olub.