Hizbullah sionist hərbçilərin bazasına PUA ilə hücum edib
Livan İslami Müqaviməti sionist hərbçilərin işğal olunmuş Fələstinin şimalında yerləşən bazasına qarşı PUA hücumundan xəbər verib.
Livan İslami Müqaviməti bildiribdir ki, sionist rejimin Livanın cənubunda yerləşən Meis-əc-Cəbəl bölgəsinə qarşı hücumlarına reaksiyada, eləcə də Fələstin xalqına dəstək istiqamətində sionist hərbçilərin «Niriya» bazasını PUA hücumları hədəfinə çeviribdir.
Bundan öncə medialar işğal olunmuş Fələstinin şimalında yerləşən Hurfiş, Miron və Tsureil sionistsakinli qəsəbələrə qarşı PUA hücumları haqda həyəcan siqnalının səsləndirilməsindən xəbər vermişdilər.
Bununla bağlı, İsrail rejiminin on üçüncü telekanalı xəbər veribdir ki, ötən sutka ərzində Livandan səkkiz ədəd pilotsuz uçuş aparatı qəsb edilmiş ərazilərə atılıb.
Hizbullah-ın işğal olunmuş Fələstinin şimalına qarşı əməliyyatlarının əvvəlindən bəri bu bölgədəki sionist qəsəbə sakinlərinin böyük bir qrupu evini tərk etməyə məcbur olubdur.