Avq 13, 2024 12:34 Asia/Baku
  • İşğalçı rejim Tehran və Beyrutdakı cinayətlərinin əvəzini ödəməlidir

Həmas hərəkatının xaricdəki milli əlaqələr idarəsinin sədri deyibdir ki: Sionist düşmən Beyrutun Zahiyyə bölgəsində və Tehranda törətdiyi cinayətlərin əvəzini ödəməlidir.

Müxtəlif məsələlərdə müqavimət mehvəri arasında əlaqə və ahəngdarlıq mövcuddur.

Həmas hərəkatının xaricdəki milli əlaqələr idarəsinin sədri Əli Bərkə bildiribdir ki, Netanyahu Fələstin xalqına qarşı soyqırımın davam etdirilməsini istəyir.

O, sözlərinə belə davam edib: Biz müzakirə naminə müzakirə istəmirik. Həmas-ın mövqeyi Baydenin baxışı və BMT Təhlükəsizlik Şurasının atəşkəs barədəki qətnaməsilə uyuşur. Lakin Netanyahu süründürməçilik edir və hətta vasitəçilərə belə, cavab vermir.

Bərkə söyləyib: Hazırkı şərait yeni müzakirələr tələb etmir. Xüsusən ona görə ki, Həmas yüksək yumşaqlıq göstəribdir. Hər cür razılaşma/ daimi atəşkəs/ və ya amerikanlar demişkən:/ düşmənçilik hərəkətlərinin dayandırılmasına zəmanət verməlidir. Biz vasitəçilərin/ müqavilənin yerinə yetirilməsi üçün hazırlayacaqları icra tədbirinə sadiq olmağa hazırıq.

Bu Həmas rəsmisi sonra belə qeyd edib: Qüds batalyonlarının sözçüsü Əbu-Ubeydənin bir neçə sionist əsir üçün baş vermiş hadisə barədəki bəyanatı Həmas-ın etibarı və sədaqətindən söz açır. Sözügedən bəyanat dünya ictimaiyyətinə bu mesajı daşıyır ki; Netanyahu sionist əsirlərə əhəmiyyət vermir.

Bərkə vurğulayıb: Sionist düşmən Beyrutun Zahiyyə bölgəsində və Tehranda törətdiyi cinayətlərin əvəzini ödəməlidir. Müxtəlif məsələlərdə müqavimət mehvəri arasında əlaqə və ahəngdarlıq mövcuddur. Qəzzə müqaviməti özünü uzunmüddətli müharibəyə hazırlayıb.

Həmas hərəkatının xaricdəki milli əlaqələr idarəsinin sədri həmçinin deyib: Düşmən öz istəyi əsasında Qəzzə müharibəsindən sonrakı mərhələ üçün Fələstin xalqına öz fitnəsini qəbul etdirməkdə uğursuz qaldı. Biz Qəzzə zolağını heç bir qeyri-fələstinli komitənin idarə etməsini istəmirik. Biz vurğulayırıq ki, sionist rejim zorla ala bilmədiyi şeyi siyasətlə ala bilməyəcək.