Kiryat Şmuna qəsəbəsinə raket zərbəsi endirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413678-kiryat_Şmuna_qəsəbəsinə_raket_zərbəsi_endirilib
Sionist rejimin Livanın cənubuna hücumuna cavab olaraq Hizbullah işğal altındakı Fələstinin şimalında sionistlərin Kiryat Şmuna qəsəbəsinə raket zərbəsi endirib.
(last modified 2024-08-15T10:36:36+00:00 )
Avq 15, 2024 14:32 Asia/Baku
  • Kiryat Şmuna qəsəbəsinə raket zərbəsi endirilib

Sionist rejimin Livanın cənubuna hücumuna cavab olaraq Hizbullah işğal altındakı Fələstinin şimalında sionistlərin Kiryat Şmuna qəsəbəsinə raket zərbəsi endirib.

Hizbullah bəyanat yayaraq bildirib ki, Müqavimət döyüşçüləri Qəzzə zolağında döyüşən Fələstin xalqına və onların müqavimətinə dəstək və sionist rejimin Livanın cənubundakı kəndlərə, xüsusilə də Əl-Abassiyyə kəndinə təcavüzü və mülki əhalinin hədəf alınmasına cavab tədbirləri ilə sionistlərin Kiryat Şmuna qəsəbəsini katyuşa raketləri ilə hədəfə alıblar.

Əl-Məyadin kanalı isə sionist rejimin qırıcılarının Livanın cənubundakı Bəlida və Həvla kəndlərini bombaladığı barədə məlumat yayıb.