Həsam Bədran: Sionist rejimin hoqqabazlığı razılaşmaya nailolma qarşısında əsas maneədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413705-həsam_bədran_sionist_rejimin_hoqqabazlığı_razılaşmaya_nailolma_qarşısında_əsas_maneədir
Həmas hərəkatının siyasi bürosunun üzvü vurğulayıb ki, sionist düşmənin süründürməçiliyi və hoqqabazlığının davam etməsi Qəzzədə atəşkəsə nailolma istiqamətində əsas maneədir.
(last modified 2024-08-16T08:23:42+00:00 )
Avq 16, 2024 09:22 Asia/Baku
  • Həsam Bədran: Sionist rejimin hoqqabazlığı razılaşmaya nailolma qarşısında əsas maneədir

Həmas hərəkatının siyasi bürosunun üzvü vurğulayıb ki, sionist düşmənin süründürməçiliyi və hoqqabazlığının davam etməsi Qəzzədə atəşkəsə nailolma istiqamətində əsas maneədir.

Həmas hərəkatının siyasi bürosunun üzvü Rusiyanın Ria Novosti informasiya agentliyi ilə müsahibədə deyib: Həmas Dohada atəşkəs  və əsirlər mübadiləsi barədə gedən cari müzakirələrə/ Qəzzəyə qarşı təcavüz və müharibəyə son qoymaq məqsədi güdən strateji nöqteyi-nəzərdən baxır.

Həsam Bədran söyləyib: Həmas bu qənaətdədir ki, hər hansı müzakirə əvvəllər üzərində razılıq əldə olunmuş məsələlərin icra edilməsi üzrə aydın proqram əsasında həyata keçirilməlidir.

Həsam Bədran vurğulayıb: Hər hansı razılaşma əhatəli atəşkəsə, qəsbkar hərbçilərin Qəzzə zolağından tam şəkildə çıxmalarına, didərginlərin geri dönmələrinə və əsirlər mübadiləsi razılaşmasının kənarında Qəzzə zolağının bərpa edilməsinə zəmanət verməlidir.