Bir milyon sionistin işğal olunmuş Fələstindən qaçıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i413745-bir_milyon_sionistin_işğal_olunmuş_fələstindən_qaçıb
İsrail telekanalı "Kanal 12"-nin məlumatına görə, bir milyon sionist işğal olunmuş Fələstini tərk edərək gəldikləri ölkələrə, xüsusən də Avropa və ABŞ-yə qayıdıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 19, 2024 07:41 Asia/Baku
  • Bir milyon sionistin işğal olunmuş Fələstindən qaçıb

İsrail telekanalı "Kanal 12"-nin məlumatına görə, bir milyon sionist işğal olunmuş Fələstini tərk edərək gəldikləri ölkələrə, xüsusən də Avropa və ABŞ-yə qayıdıb.

Sionistlərin kütləvi mühacirəti HƏMAS-ın rəhbərlik etdiyi fələstinlilərlə İsrailin işğalçı ordusu arasında gedən müharibə nəticəsində baş verib.

Yəhudi Nüfuz Mərkəzinin (CJI) keçirdiyi sorğunun əvvəlki nəticələri göstərib ki, işğal olunmuş ərazilərdə yaşayan sionistlərin 29%-i Fələstindən qaçmaq barədə düşünür, onların 71%-i isə yaxın aylarda onların həyat vəziyyətinə nikbin deyil.

Bu sorğunun nəticələrinə görə, sionistlərin 50%-i "əl-Əqsa Əməliyyatı" zamanı əziyyət çəkib və ya əziyyət çəkən birini tanıyır.

Sorğu nəticəsində məlum olub ki, sionistlərin 84%-i İsrail rejiminin diplomatiyasını tənqid edir.