Sionist general İranın ehtimal olunan hücumları haqda Təl-Əvivə xəbərdarlıq edib
Sionist rejim generalı Dan Ronen dünən gecə Təl-Əviv üçün həyəcan siqnalı səsləndirib və belə deyib: İsrail İranın və onun müttəfiqlərinin ehtimal olunan raket hücumları qarşısında müqavimətə hazır deyildir.
Öz sözlərini təkrarlayan Ronen deyib: İsrail bir neçə cəbhədə hərtərəfli müharibə, həmçinin İranın, Livan Hizbullahının və Yəmən Ənsarullahının raket hücumları ilə mübarizəyə hazır deyil.
Sionistlərin/ İranın/ Həmas hərəkatının siyasi bürosunun sədri şəhid İsmail Həniyyənin terror edilməsinə qəti cavabı və Livan İslami Müqavimətinin/ özünün yüksək rütbəli komandiri şəhid Fuad Şükürün terroruna cavabı ilə bağlı psixoloji çaşqınlıq və iztirabları/ on aydan çox müddət öncədən başları müharibəyə qarışan sionistlərin psixoloji və psixi problemlərini artırıbdır.
Sionist medialar etiraf ediblər ki, şəhid Həniyyənin terror edilməsindən sonra/ sionistləri qorxu və dəhşət hissi ilə müşayiət olunan bir cür intizar bürüyüb və onlar hər an bu terror əməliyyatına cavabı gözləyirlər.