Sen 12, 2024 15:40 Asia/Baku
  • HƏMAS atəşkəs razılaşmasını dərhal həyata keçirməyə hazırdır

HƏMAS hərəkatı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında atəşkəs razılaşmasını dərhal həyata keçirməyə hazırdır.

İslami Müqavimət Hərəkatı HƏMAS-ın danışıqlar heyətini Qətər və Misir rəsmiləri ilə Dohada Qəzzədə baş verənləri nəzərdən keçirib.

HƏMAS hərəkatı yaydığı bəyanatda Xəlil Əl-Həyyənin başçılıq etdiyi hərəkatın danışıqlar heyətinin bu gün Dohada Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Ali Sani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamil ilə görüşdüyünü bildirib və deyib: "Misir və Qətərin Fələstin xalqına qarşı təcavüzü dayandırmaq üçün dolayı danışıqlarda göstərdiyi rolu və səylərini alqışlayırıq və onlarla müsbət münasibət qurmağa çalışırıq".

Bəyanata əsasən, hərəkatın danışıqlar heyəti Dohada HƏMAS-ın Fələstin xalqının maraqlarını təmin edəcək şəkildə atəşkəs razılaşmasının əldə edilməsi, işğalçı İsrail ordusunun Qəzzə zolağından tamamilə çıxarılması, anklavın yenidən qurulması, zolağa yardımın göstərilməsi, Fələstin xalqının öz torpaqlarına qayıtması və nəhayət əsirlərin mübadiləsi üçün müsbət yanaşmasını davam etdirəcəyini vurğulayıb. 

HƏMAS əlavə edib: "Baydenin təklifi və BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında, atəşkəs razılaşmasını dərhal həyata keçirməyə hazırıq. Biz heç bir yeni tələb irəli sürməyəcəyimizi və hər hansı bir tərəf tərəfindən bu razılaşma ilə bağlı hər hansı yeni şərtləri rədd etdiyimizi vurğulayırıq. 

HƏMAS, həmçinin Qəzzəyə müharibədən sonrakı dövrə aid layihələri tamamilə rədd edildiyini vurğulayıb və bildirib ki, Qəzzə zolağının idarəçiliyi sırf Fələstinin daxili məsələsidir və fələstinlilər özləri bu məsələni bütün qruplaşmalar arasında razılaşdırılmış baxışa əsasən həll edəcəklər.

"HƏMAS hazırkı mərhələnin nəticələrini aradan qaldırmaq üçün vahid bir baxış üzərində razılığa gəlmək naminə bütün Fələstin qrupları və qüvvələrinin iştirakı ilə hərtərəfli milli dialoqun aparılmasını alqışlayır", - deyə bəyanatda bildirilib. 

Teqlər