Hizbullah qəsb olunmuş Fələstinə qarşı misilsiz raket hücumları keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i414724-hizbullah_qəsb_olunmuş_fələstinə_qarşı_misilsiz_raket_hücumları_keçirib
Sionist medialar Livan Hizbullahının qəsb olunmuş Fələstinə qarşı misilsiz raket hücumlarından xəbər veriblər.
(last modified 2024-09-23T08:44:39+00:00 )
Sen 23, 2024 06:18 Asia/Baku
  • Hizbullah qəsb olunmuş Fələstinə qarşı misilsiz raket hücumları keçirib

Sionist medialar Livan Hizbullahının qəsb olunmuş Fələstinə qarşı misilsiz raket hücumlarından xəbər veriblər.

Livan Hizbullahı bu gün səhər bildiribdir ki, “Qadir 1” və “Qadir 2” raketlərilə sionist rejimin “Rafael” sursat şirkətinin hərbi təsisatlarını hədəfə alıb.

Hizbullahın raketləri işğal olunmuş ərazilərin altmış kilometr içərilərinə çatıb.

Sionist rejim mediaları xəbər veriblər ki, təqribən 120 raket Livan ərazisindən atılıb və yanğınsöndürmə komandaları işğal olunmuş Fələstinin müxtəlif bölgələrində yanğın söndürməklə məşğuldurlar.