Okt 03, 2024 16:21 Asia/Baku
  • İranın raket hücumu İsrailin müdafiə qabiliyyətini zəiflətdi

İsrail mediası İranın raket hücumu nəticəsində Sionist rejim ordusunun ən qabaqcıl hava bazasına böyük ziyan dəydiyini etiraf edərək, İranın bu hücumunun İsrailin hava hücumundan müdafiə gücünü zəiflətdiyini vurğulayıb.

Bu məlumata əsasən, sionistlər hələ də "Doğru Vəd 2" əməliyyatı adı altında İranın raket hücumunun nəticələrini gizlətməyə çalışarkən, “Maariv” qəzeti bir xəbərdə İranın raket hücumu nəticəsində Nevatim Hava Bazasına ciddi ziyan dəydiyini, bunun İsrailin hava hücumundan müdafiə qabiliyyətinə mənfi təsir edəcəyini açıqlayıb.

Nəşr etraf edib ki, İranın Nəqəv səhrasındakı bazaya raket hücumu ciddi ziyana səbəb oldu.

Bu arada Associated Press xəbər agentliyi bildirib ki, peyk görüntülərində İranın raket hücumunun hədəfi olan hərbi bazadakı İsrail qırıcılarının anbarında böyük bir dəlik var və görüntülər İranın raket hücumundan sonra bu bazada kütləvi dağıntıların olduğunu göstərir.

Nevatim sionist rejimin ən qabaqcıl hava qüvvələri bazası hesab edilir və burada qabaqcıl avadanlıqlar, o cümlədən Amerika istehsalı olan F-35 qırıcıları yerləşir.

Xatırladaq ki, sionist hərbi və siyasi dairələr keçmişdə olduğu kimi bu hücumun əhəmiyyətini azaltmağa çalışırlar və medianın fəaliyyətinə ciddi senzura qoyulub.