İsrail hərbçilərindən bir qrupu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415078-İsrail_hərbçilərindən_bir_qrupu_məhv_edilib
Livan Hizbullah Hərəkatı işğal ounmuş ərazilərin şimalında İsrail əsgərlərinin cəmləşdiyi yerə raket hücumu həyata keçirib.
(last modified 2024-10-05T07:39:30+00:00 )
Okt 05, 2024 11:36 Asia/Baku
  •  İsrail hərbçilərindən bir qrupu məhv edilib

Livan Hizbullah Hərəkatı işğal ounmuş ərazilərin şimalında İsrail əsgərlərinin cəmləşdiyi yerə raket hücumu həyata keçirib.

Hərəkatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatda deyilir: “Şənbə günü, oktyabrın 5-də İslam müqaviməti “Kəfər Giladi” qəsəbəsi ərazisində İsrail hərbçilərinin cəmləşdiyi yerə raket zərbəsi endirib, düşmən qüvvələrindən bir qrupu məhv edilibdir.

Hizbullah bundan əvvəl hava hücumu sirenlərinin səsləndiyi “Kəfər Yuval” kəndində də İsrail ordusunun şəxsi heyətini məğlub etdiyini açıqlayıb.

Hərəkatın məlumatına görə, onun döyüşçüləri həmçinin Livanın İsraillə sərhədi yaxınlığında yerləşən “Əl-Adisa” şəhəri ərazisində irəliləməyə cəhd edən İsrail hərbçiləri ilə toqquşub.