Yəmən: Təl-Əvivi hipersəs raketi ilə hədəfə aldıq
Yəmən silahlı qüvvələrinin sözçüsü bu qüvvələrin Təl-Əvivi və Eylatı hipersəs ballistik raketlər və PUA-larla hədəfə aldıqlarını bildirib.
Media mənbələri dünən axşam Yəmən tərəfdən Təl-Əvivə qarşı raket hücumundan və bu bölgədə bir neçə partlayışın baş verməsindən xəbər veriblər.
Sionist medialar da xəbər veriblər ki, Yəmənin Təl-Əvivə qarşı raket hücumu beynəlxalq Ben-Qurion hava limanının fəaliyyətinin dayanmasına səbəb olub və bu aeoroprta tərəf uçan təyyarələr çaş-baş qalıblar.
Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərii bildiribdir ki: Fələstin xalqının məzlumluğunu himayə istiqamətində, həmçinin Amerika və İngiltərənin Yəmənə qarşı təcavüzlərinə cavab olaraq, Yəmən silahlı qüvvələrinin əməliyyatının beşinci mərhələsi çərçivəsində «Fələstin-2» və «Zülfüqar» tipli ballistik raketlərlə Təl-Əviv adlandırılan Yafa bölgəsindəki iki hərbi hədəfi nişan aldıq.
Yəhya Sərii həmçinin bildiribdir ki: Yəmən silahlı qüvvələri «Yafa» və «Səmad-4» tipli bir neçə pilotsuz uçuş aparatı ilə qəsb edilmiş Fələstinin cənubunda yerləşən Təl-Əvivdə və Eylatdakı bir neçə hədəfi nişan alıblar.
O, deyibdir ki, qeyd olunan əməliyyatlar uğurla həyata keçirilib və nəzərdə tutulan hədəflər diqqətlə vurulublar.
Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin vurğulayıb: Biz Livana və Qəzzəyə qarşı təcavüzlər bitənədək dəniz blokadası və düşmən əleyhinə daha çox hərbi əməliyyat keçirməyi davam etdirəcəyik.