Sionist rejim məğlubiyyətinin acılarını dadır
Qəzzə İsrailin ən bahalı müharibəsi oldu - TƏHLİL
Sionist rejimin Qəzzə zolağı və Livana hərbi hücumları bu rejim üçün ən bahalı müharibəyə çevrilib.
Amerikanın “Foreign Policy” jurnalı İsrail rejiminin Mərkəzi Bankına istinadən Qəzzə və Livan müharibələrinin hazırkı dəyərini 66 milyard dollar olaraq qiymətləndirib ki, bu da bu rejimin ümumi daxili məhsulunun 12%-nə bərabərdir.
Həmçinin, bu rejimdə büdcə kəsiri ÜDM-in 8,3%-ni təşkil edir ki, bu da əvvəllər proqnozlaşdırılan 6,6%-dən xeyli yüksəkdir.
Bundan əlavə, sionist rejimin Mərkəzi Bankı vergi gəlirlərinin təqribən 9 milyard dollar itkisini və müharibənin birbaşa itkilərini ödəmək üçün 6 milyard dollar hesablayıb.
Mərkəzi bankın rəhbəri xəbərdarlıq edib ki, Qəzzədə müharibənin yığılmış xərcləri milli büdcəyə ağır yük olacaq.
Bundan əvvəl “Maariv” qəzeti 2024-cü ilin iyul ayında verdiyi xəbərdə belə elan etmişdi: “Bu münaqişələr başlayandan sonra 40 minə yaxın İsrail şirkəti qapılarını bağlamaq məcburiyyətində qalıb və ilin sonuna qədər bu rəqəmin 60 min şirkətə çatacağı gözlənilir”.
"Valla Nyus" portal isə bu yaxınlarda İsrailin Statistika Mərkəzinə istinadən xəbər verdi ki, işğal olunmuş Fələstindən 55 min 300-dən çox adam qəti şəkildə mühacirət edib.
Xatırladaq ki, İsrail rejimi ABŞ-ın dəstəyi ilə 2023-cü il oktyabrın 7-dən Qəzzə zolağının sakinlərinə qarşı dağıdıcı müharibəyə başlayıb və bunun nəticəsində kütləvi dağıntılar və ölümcül aclıqdan əlavə, əksəriyyəti qadın və uşaq olan minlərlə fələstinli şəhid olub.
Təhlilçilərin fikrincə, Amerikanın bu rejimin siyasi, silah və hərbi dəstəyi olmasaydı, sionistlər Qəzzə və Livanda bu qədər cinayət törədə bilməzdilər. ABŞ bu müddət ərzində sionistlərə ən azı 17,9 milyard dollar hərbi yardım edib. Bunun nəticəsində sionist rejimin ölüm maşını durmadan can alır.
Bütün bu cinayətlərə baxmayaraq, sionist rejim etiraf edib ki, 12 aylıq müharibədən sonra hələ də bu müharibədəki məqsədlərinə, yəni HƏMAS hərəkatını məhv etmək və sionist əsirlərin Qəzzə zolağından geri qaytarılmasına nail ola bilməyib.