Hizbullahın qəsb olunmuş Fələstinin şimalına qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415252-hizbullahın_qəsb_olunmuş_fələstinin_şimalına_qarşı_hücumları_davam_edir
Livan Hizbullahı qəsb olunmuş Fələstin ərazilərinin şimalını raket hücumları hədəfinə alıb.
(last modified 2024-10-12T06:47:07+00:00 )
Okt 12, 2024 10:45 Asia/Baku
  • Hizbullahın qəsb olunmuş Fələstinin şimalına qarşı hücumları davam edir

Livan Hizbullahı qəsb olunmuş Fələstin ərazilərinin şimalını raket hücumları hədəfinə alıb.

Livan İslam Müqaviməti bu gün bir bəyanatda bildiribdir ki, sionist rejimin qəsb olunmuş Fələstin ərazilərinin şimalında yerləşən Hayfa bölgəsinin cənubundakı partlayıcı maddələr zavodunu raket hücumları hədəfinə alıb.

Livan İslam Müqaviməti Qəzzə əhalisinə və Fələstin müqavimətinə dəstək, həmçinin Livanı və onun xalqını müdafiə istiqamətində sionist rejimin Əlcərdah və Zəriyyət bazalarını və bu rejim ordusunun Muiliya bölgəsindəki başqa bir bazasını raket atəşinə tutub.

Livan Hizbullahının döyüşçüləri həmçinin sionist rejim ordusunun Ramiya bazasındakı bir ədəd buldozerini istiqamətləndirilən raketlə hədəfə alıblar.

Sionist rejim ordusu sentyabrın 23-də Livanın cənubundakı müxtəlif bölgələrə qarşı geniş hücumlara başladı. Bu hücumlar hələ də davam edir.

Livan Hizbullahı da mülkilərin hədəfə alınmaları qarşılığında qəsb olunmuş Fələstin ərazilərinin şimalında yerləşən sionistsakinli qəsəbələrə və mövqelərə qarşı çox sayda əməliyyat keçiribdir ki, ötən günlər və saatlarda yüzlərlə raket atmaqla sionist rejimin mövqelərini raket atəşinə tutubdur.