Fələstin və Livan olayları;
Müqavimətin Hayfaya qarşı hücumunda onlarla sionist ölüb və yaralanıb
Müqavimət qruplarının işğal olunmuş ərazilərin şimalında yerləşən Hayfaya qarşı PUA hücumunda onlarla sionist hərbçi ölüb və yaralanıb.
Sionist rejim mediaları xəbər veriblər ki, Hizbullahın Hayfanın cənubunda yerləşən Benyamina bölgəsinə qarşı PUA hücumunda yaralananların sayı altmış yeddi nəfərə yüksəlib. Yaralılardan bəzilərinin durumu ağır elan olunub.
Bu hücum zamanı indiyədək üç sionist hərbçi öldürülüb.
Livan İslam Müqavimətinin hərbi informasiya mərkəzi yaydığı bəyanatda belə qeyd edib: Qəzzə zolağındakı müqavimətli Fələstn xalqını və onun şücaətli və şərəfli müqavimətini himayə, həmçinin Livanı və onun xalqını müdafiə etmək üçün, eləcə də “Xeybər” silsilə əməliyyatları çərçivəsində və sionist rejimin təcavüzlərinə, xüsusən Beyrutdakı Əlnəviri və Əlbəstə məhəllələrinə, habelə Livanın digər bölgələrinə qarşı hücumlarına, həmçinin sionist düşmənin cinayətlərinə cavab olaraq Livan İslam Müqaviməti döyüşçüləri “Ləbbeyk, ya Nəsrullah!” rəmzi ilə işğal olunmuş ərazilərin şimalında yerləşən Hayfanın cənubundakı Benyamina bölgəsində yerləşən Qulani diviziyasının bazasını bir neçə kamikadze PUA-sı ilə hədəfə alıblar.
Hizbullah öz bəyanatında vurğulayıb: İslam Müqaviməti Livanı, onun başıuca və məzlum xalqını müdafiə etmək üçün hazır vəziyyətdə qalacaq və düşmən qarşısında çəkindiricilik həyata keçirmək üzrə vəzifəsini yerinə yetirməkdə zəiflik göstərməyəcək.