Hizbullah İsrailin 2 tankını vurdu: ölənlər var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415394-hizbullah_İsrailin_2_tankını_vurdu_ölənlər_var
Hizbullahın döyüş bölmələri Livan ilə işğal olunmuş Fələstin sərhədində iki ədəd İsrail tankını məhv edib.
(last modified 2024-10-17T06:03:45+00:00 )
Okt 17, 2024 10:00 Asia/Baku
  • Hizbullah İsrailin 2 tankını vurdu: ölənlər var

Hizbullahın döyüş bölmələri Livan ilə işğal olunmuş Fələstin sərhədində iki ədəd İsrail tankını məhv edib.

Əl Mayadin telekanalının məlumatına görə, Aralıq dənizi sahillərində Labbuneh təpəsində gedən döyüşlər zamanı iki ədəd “Merkava” tankı tank əleyhinə raket sistemləri ilə məhv edilib: “Döyüş maşınlarının ekipaj üzvləri arasında ölən və yaralananlar var”.

Başqa bir məlumata əsasən, Livan Hizbullah Hərəkatı növbəti dəfə işğal olunmuş Fələstinin şimalında sionistlərin mövqelərini hədəfə alıb. Sionist rejim mənbələrində dərc olunan görüntülərə əsasən, Livan islami müqavimətinin raketlərindən biri Nəhariya şəhərinə dəyib.