Xunta rejimi beynəlxalq qanunlara meydan oxuyur
İsrail tankı BMT-nin sülhməramlı qülləsini atəşə tutdu
İşğalçı İsrail rejiminin ordusu BMT-nin Livandakı sülhməramlı missiyasının mövqelərini yenidən atəşə tutub.
Bu məlumata əsasən, İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsinə zərbə endirib
UNIFIL komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir ki, İsrailin Merkava tankı “mavi dəbilqəlilərin” müşahidə qülləsini vuraraq orada quraşdırılmış avadanlıqları, xüsusən də videokameraları sıradan çıxarıb.
UNIFIL hesab edir ki, sülhməramlıların mövqelərinə bu atəş qəsdən açılıb.
UNIFIL həmin bəyanatın davamında “Livandakı sülhməramlı missiyanın heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək və BMT obyektlərinin toxunulmazlığına hörmət etmək” öhdəliyini xatırladıb.
Qeyd edək ki, oktyabrın 10-da da sionist rejim hərbçiləri Rəs əl-Nakurada missiyanın qərargahının ərazisini atəşə tutmuş, sülhməramlıların bazasına hücum etmişdi.