HƏMAS bütün dünya müsəlmanlarını sionist rejimə qarşı qəzəb yürüşünə çağırıb
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın şəhadətindən sonra hərəkat bir bəyanatda dünya müsəlmanlarını şəhid Yəhya Sinvar üçün namaz qılmağa və sionist rejimin cinayətlərinə qarşı qəzəb yürüşlərinə başlamağa çağırıb.
HƏMAS hərəkatı verdiyi bəyanatda dünyanın bütün şərəfli və azadə insanlarına xitabən yazıb: "Əl-Əqsa Tufanı əməliyyatında və Fələstin torpaqları və müqəddəslərinin müdafiəsi yolunda qəhrəmanlıq və şəhidlik məqamına ucalan böyük milli və İslami lider və simvol, şəhid Yəhya Sinvara vəfadarlıq əlaməti olaraQ, qəlbində Qüds və Məscidül-Əqsa olan Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS sizi dünyanın bütün məscidlərində və İslam mərkəzlərində namaz qılmağa dəvət edir".
Bəyanatda əlavə edilib: "Qəzzə zolağında xalqımıza qarşı soyqırım müharibəsinin davam etdirilməsini pisləmək, torpaqlarımızı, şəxsi həyatımızı və mübarək Əl-Əqsa məscidini müdafiə etmək üçün qəzəb yürüşləri başlasın”.