Minlərlə sionist Netanyahuya qarşı geniş aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415451-minlərlə_sionist_netanyahuya_qarşı_geniş_aksiya_keçirib
Minlərlə sionist bir daha sionist rejimin müharibə nazirliyinin qarşısına toplaşıb. Onlar Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-la əsirlər mübadiləsini himayə etmək üçün aksiya keçirib və Netanyahuya qarşı şüarlar veriblər.
(last modified 2024-10-20T07:28:02+00:00 )
Okt 20, 2024 11:21 Asia/Baku
  • Minlərlə sionist Netanyahuya qarşı geniş aksiya keçirib

Minlərlə sionist bir daha sionist rejimin müharibə nazirliyinin qarşısına toplaşıb. Onlar Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-la əsirlər mübadiləsini himayə etmək üçün aksiya keçirib və Netanyahuya qarşı şüarlar veriblər.

Bu geniş aksiyada sionist rejimin polis qüvvələri qəzəblənmiş aksiyaçılarla toqquşub və bir qrup etirazçını həbs ediblər.

Daxil olan məlumatlara əsasən, Netanyahunu öz övladlarının ölüm amili hesab edən və onun siyasətlərindən hiddətlənən etirazçılar onun yerləşdiyi məkan olan Qeysariyə bölgəsinə yola düşməyi və oranı ələ keçirməyi planlaşdırırlar.

Sionist rejim ordusunun Qəzzədə törətdiyi bombardmanı zamanı sionist əsirlərin öldürülmələri və Netanyahunun Həmas müqavimət hərəkatı ilə əsirlər mübadiləsi müqaviləsinin bağlanmasına yumşaqlıq göstərməməsi/ ona və onun ekstremist hökumətinə qarşı geniş nifrət və hiddət dalğası yaradıb.