Yüksək rütbəli zabit Qəzzədə öldürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415462-yüksək_rütbəli_zabit_qəzzədə_öldürüldü
Sionist rejim ordusunun 401-ci briqadasının komandiri Cebaliyada öldürülüb, daha bir neçə israilli zabitin isə öldüyü xəbər verilir.
(last modified 2024-10-21T08:48:17+00:00 )
Okt 21, 2024 12:46 Asia/Baku
  • Yüksək rütbəli zabit Qəzzədə öldürüldü

Sionist rejim ordusunun 401-ci briqadasının komandiri Cebaliyada öldürülüb, daha bir neçə israilli zabitin isə öldüyü xəbər verilir.

Sionist rejimin Cebaliyadakı 401-ci Zirehli Briqadasının komandiri Ehsan Dəqsa kəşfiyyat missiyasını yerinə yetirərkən bir neçə başqa komandirlə birlikdə Qəzzənin Cebaliya bölgəsində öldürülüb.

İsrail mənbələri indiyədək onun fələstinli döyüşçülərin pusqusunda ölüm xəbərini təsdiqləyib.

Daqsa indiyə qədər Qəzzə döyüşlərində ölən ordunun ən yüksək vəzifəli şəxsidir.

Sionist rejim ordusunun bu generalı 4 ay əvvəl ordunun 401-ci zirehli briqadasının komandanlığına təyin edilib.