Beyrutda ticarət obyektlərinə qəsdən hücum edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i415463-beyrutda_ticarət_obyektlərinə_qəsdən_hücum_edilib
Sionist rejim aviasiyası ötən gecə Beyrut və digər bölgələrdə məqsədli şəkildə ictimai faydalı ticari və iqtisadi binaları bombardman edib.
(last modified 2024-10-21T08:49:36+00:00 )
Okt 21, 2024 12:48 Asia/Baku
  • Beyrutda ticarət obyektlərinə qəsdən hücum edilib

Sionist rejim aviasiyası ötən gecə Beyrut və digər bölgələrdə məqsədli şəkildə ictimai faydalı ticari və iqtisadi binaları bombardman edib.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, sionist rejim Hizbullahın iqtisadi mərkəzlərini hədəfə almaq iddiası ilə Livanın ticarət və iqtisadi infrastrukturunu qəsdən dağıdır.

Bu arada xəbər mənbələri sionist rejim ordusunun Beyrutun ətrafına beşinci hücumu və Livanın şərqində Bəəlbəkə qarşı hücumu barədə məlumat yayıblar.

Bundan əlavə Beyrutun yaxınlığında Əl-Minar telekanalının da əsas binası İsrail təyyarələri tərəfindən hədəfə alınıb.