Sionist rejim ordusunda itaətsizlik:
140 zabit döyüşdən imtina etdi!
İşğalçı İsrail rejimi ordusunda müxtəlif vəzifələrdə xidmət edən 140-a yaxın əsgər ximətdən imtina edib.
Sionist Yerusəlim Post qəzeti bu barədə məlumat yayıb.
Bildirilib ki, əsgərlər imzaladıqları müraciətdə Qəzzədə davam edən dəhşətin girovların həyatını ciddi təhlükəyə atdığını bildiriblər. Onlar rejimin girovlarla bağlı danışıqlarda razılaşma əldə etməyəcəyi təqdirdə xidmət etməyəcəklərini elan ediblər.
Məktubu imzalayanlardan bəziləri hərbi xidməti artıq dayandırdıqlarını, bəziləri isə hökumətin hansı addım atacağını gözlədiklərini vurğulayıb.
Baş nazir, müdafiə naziri və ordu rəhbərliyinə göndərilən məktubda qeyd edilib ki, Qəzzədə müharibə girovlar üçün ölüm hökmüdür, bu gün Qəzzədə müharibənin davam etdirilməsi təkcə girovların qaytarılmasını gecikdirmək deyil, həm də onların həyatlarını təhlükə altına almaqdır.
Məktubu imzalayanlardan biri – adının çəkilməsini istəməyən zabit nəşrə bildirib ki, bu müharibə bitməyən mənasız bir müharibəyə çevrilir.
Zabitin sözlərinə görə, çox sayda əsgər var ki, onlar hökumətin onlara xəyanət etdiyini düşünür.
Nəşrə açıqlama verən bir çox zabit də oxşar fikirləri ifadə edib.