Okt 22, 2024 17:14 Asia/Baku
  • Sionist rejimin Beyrutun cənubuna qarşı hücumları davam edir

İnformasiya mənbələri dünən gecə bir daha sionist rejimin Beyrutun cənubuna və mülkilərə qarşı geniş hücumlarının başlandığını bildiriblər.

Bu hücumları təsdiq edən Fələstinin Səma informasiya agentliyi xəbər veribdir ki, həmin hücumlarda üç nəfər şəhid olub, bir qrup insan da yaralanıbdır.

Həmçinin yerli mənbələr xəbər veriblər ki, Beyrutun cənubu üçüncü dəfə sionist rejimin yeni hücumlarının şahidi olubdur.

Sionist rejim ordusu sentyabrın iyirmi üçü səhər saatlarında Livanın cənubunun müxtəlif bölgələrinə qarşı geniş hücumlara başladı ki, bu anadək davam etməkdədir.

Livan səhiyyə nazirliyinin məlumatına görə, bu hücumlar nəticəsində indiyədək yüzlərlə nəfər şəhid olub, minlərlə nəfər isə yaralanıbdır.