Okt 23, 2024 10:34 Asia/Baku
  • Livan Hizbullahı düşmənlə mübarizəsini davam etdirir

İsrailin "Hermes 450" PUA-sı vuruldu

Hizbullah Livan səmasında İsrail ordusuna məxsus PUA-nı məhv edib.

Bu məlumata əsasən, Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə qarşı cavab hücumlarının davamında bu rejimin hərbi sənaye şirkətini, bir piyada bölməsini, bir neçə toplanış yeri və zirehli texnikasını hədəfə alıb, Cebşit qəsəbəsi üzərində xunta rejiminə aid “Hermes 450” pilotsuz təyyarəsini yer-hava raketi ilə məhv edib.

Hizbullah yaydığı bəyanatında bildirib: “Qəzzə zolağında mətanətli Fələstin xalqını, onun qəhrəmancasına və şərəfli müqavimətini dəstəkləmək, Livanı və onun xalqını müdafiə etmək və sionist düşmənin təcavüzünə cavab olaraq, İslami müqavimət “Ləbbeykə Ya Nəsrullah” kodu altında xüsusi raketlərlə Təl-Əviv yaxınlığında yerləşən Taa hərbi sənaye şirkətini hədəfə aldı”.

Hərəkat həmçinin qeyd edib ki, islami müqavimət döyüşçüləri çərşənbə axşamı günortadan sonra Əl-Ədəsiyyə və Əl-Təyyibə sərhəddində İsrailin piyada bölməsini idarə olunan raketlə hədəfə alıblar.

Hizbullah Hərəkatı başqa bir bəyanatında bildirib ki, oktyabrın 22-də sionist rejimin bir ədəd Merkava tankı idarə olunan raketlə vurulub, tankın ekipaj üzvləri ölüb və ya yaralanıb.

 

Teqlər