Fələstinli gənc sionist rejim ordusundan qisas aldı
Təl-Əvivdə şəhadətsevər əməliyyat: Onlarla hərbçi xəsarət alıb
Fələstinli kamikadzenin Təl-Əvivdə həyata keçirdiyi şəhadətsevər əməliyyat nəticəsində ən azı 50 sionist hərbçi yaralanıb və 6-sı məhv edilib.
Bəzi ivrit dilli mənbələr bir sürücünün yük maşınını Təl-Əvivin Gillot yol kəsişməsində onlarla sionistin üzərinə sürdüyünü, indiyədək bu hadisədə 50 nəfərin yaralandığını və ən azı 6 sionist hərbçinin öldüyünü açıqlayıb.
İvrit dilli mənbələrə görə, əməliyyat zamanı yaralananların hamısı sionist rejimin hərbçiləridir.
Sürücünün yük maşınını Tel-Əvivin şimalındakı Gililot yol kəsişməsindəki İsrail bazası yaxınlığında çox sayda İsrail əsgərinin üzərinə sürdüyü bildirilir.
Sionist “Yediot Ahronoth” qəzeti yaralılardan bəzilərinin hücumdan sonra yük maşınının altında qaldığını, onlara kömək olunmadığını və vəziyyətlərinin ağır olduğunu vurğulayıb.
İsrail polisi Tel-Əvivdə Mossad qərargahı yaxınlığında yük maşını ilə əməliyyat həyata keçirən sürücünün İsrail hərbçiləri tərəfindən güllələnərək şəhid edildiyini açıqlayıb.