Livanın İslami Müqaviməti sionistləri vahimədə saxlayır
Netanyahu Hizbullahın PUA-larından qorxur
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim televiziyasının 11-ci kanalı məlumatlı sionist mənbəyə istinadən baş nazir Benyamin Netanyahunun Hizbullahın pilotsuz təyyarələrindən qorxduğunu bildirib.
İRNA-nın verdiyi xəbərə görə, Netanyahu şəxsi görüşdə deyib ki, “əgər indi pilotsuz təyyarə Knesset binasını vursa, biz hara gedə bilərik?”
Netanyahu İsrail parlamenti - Knessetin iclasının başqa yerdə keçirilməsini təklif edib.
Sionist rejimin mediası bundan əvvəl elan etmişdi ki, bu rejimin həftəlik Nazirlər Kabinetinin iclasları təhlükəsizlik məsələləri və mümkün hücumlardan nigaranlıq səbəbindən başqa yerə köçürülüb.
Bu arada xəbər verilir ki, İsrailin baş naziri Binyamin Netanyahunun dəftərxanasının təhlükəsizlik departamenti təcili məktub göndərərək Netanyahunun işğal olunmuş Qüdsdə yerləşən Qeysəriyyə şəhərindəki evində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 528 min dollar əlavə maliyyə ayrılmasını xahiş edib.
Sionist rejimin 12-ci kanalı bu tələbin Livanın cənubundan Hizbullah hərəkatı tərəfindən atılan pilotsuz təyyarənin Qeysəriyyədə baş nazirin yataq otağının pəncərəsinə dəqiq zərbə vurmasından bir həftə sonra irəli sürüldüyünü bildirib.