İşğalçı rejim müsəlmanların qətliamı ilı məşğuldur
Livanlı şəhidlərin sayı 2897 nəfərə yüksəlib
SəhərAzəri-nin məlumatına əsasən, Livan hökumətinin fövqəladə vəziyyət komitəsinin rəhbəri və ətraf mühit naziri Nasir Yasin bildirib ki, daha 30 vətəndaşın şəhadəti ilə sionist rejimin təcavüzü şəhidlərinin sayı 2897 şəhidə çatıbdır.
Yasin deyib: “Sionist rejim son 24 saat ərzində Livanın müxtəlif bölgələrinə 120 dəfə, Əl-Nəbətiyyəyə 61, cənuba 41, Beyruta 12, Bəəlbəkə 6 dəfə hücum edib və buna əsasən, sionist rejim tərəfindən hücumların sayı 11767 dəfəyə çatmışdır.
Onun sözlərinə görə, son 24 saatda 30 vətəndaş şəhid oldu, 183 nəfər yaralandı, beləliklə, şəhidlərin sayı 2897-yə, yaralananların sayı isə 13150-yə yüksəldi. Yasin əlavə edib ki, indiyədək məcburi köçkünlərin yerləşdirilməsi üçün 1132 mərkəz yaradılıb.