Sionist girovların ailələri: İsrail hakimiyyəti saxta və çirkin təbliğat kampaniyası aparır
Qəzzədəki Sionist Məhbusların Ailələri Assosiasiyası işğalçı sionist rejimin baş naziri Benyamin Netanyahunu şəxsi məqsədlərinə nail olmaq üçün onların övladlarını qurban verməkdə və girovların geri qaytarılması ilə bağlı hərtərəfli razılaşmanı pozmaqda ittiham ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, HƏMAS-ın Qəzzədə saxladığı sionist məhbusların ailələri qeyd ediblər ki, işğalçı rejimin baş naziri müharibəni əbədi olaraq, davam etdirməyə çalışır.
Assosiasiyaya görə, İsrailin baş naziri natamam və çoxmərhələli razılaşmalar təklif etməklə hərtərəfli razılaşmanın əldə olunmasına mane olur. Sionist məhbusların ailələri bildiriblər: Sızdırılan gizli sənədlər Netanyahunun məhbusların ailələrinə qarşı cinayət təbliğatı kampaniyası apardığını göstərir. Ötən bazar günü sionist məhbusların ailələri işğal rejimin baş naziri Benyamin Netanyahunun Əl-Əqsa Tufanı əməliyyatının ildönümü ilə bağlı çıxışını sərt tənqidlərlə pozublar.
Sionist rejimin 12-ci telekanalı bununla bağlı bildirib ki, əsir ailələri Netanyahuya qışqı fəryad ediblər: Ar olsun sənə! Sən başımızı aşağı elədin! Bu kanal həmçinin vurğulayıb: Netanyahunun çıxış etdiyi məkanda yerləşdirilən təhlükəsizlik qüvvələri etirazçıları susdurublar , amma sionist məhbusların ailələri təkrar şüarlar səsləndirərək, Netanyahunun çıxışı dəfələrlə kəsiblər.
Qeyd edək ki, sionist rejimin Vaşinqtonun hərbi və təhlükəsizlik dəstəyi ilə həyata keçirdiyi hücumlar indiyədək 43 mindən çox insanın şəhadətinə səbəb olub, 100 min 833 nəfər isə yaralanıb. Bu qədər hədsiz vəhşiliyə baxmayaraq, rejim Qəzzəyə qarşı soyqırım müharibəsində məqsədlərinə nail ola bilməyib.