Noy 06, 2024 12:47 Asia/Baku
  • HƏMAS sionist rejimin hərb nazirinin istefaya göndərilməsinə münasibət bildirib

Fələstin Müqaviməti sionist rejimin hərb nazirinin istefaya göndərilməsinə münasibət bildirib.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın yüksək rütbəli üzvü Sami Əbu Zəhri xunta rejiminin baş naziri Benyamin Netanyahu tərəfindən Yoav Qallantın vəzifəsindən uzaqlaşdırılmasına reaksiya verərkən bildirib: “Qələnt getdi, HƏMAS qaldı”.

İran Press xəbər agentliyinin məlumatına görə, Əbu Zəhri əlavə edib ki, Qallant qürurla HƏMAS-ı məhv edəcəyini iddia edirdi, lakin o getdi və HƏMAS qaldı və qalacaq.

Fələstin Mücahidləri Hərəkatı da bəyanat yayaraq elan edib ki, sionist rejimin hərb naziri Yoav Qallantın vəzifəsindən uzaqlaşdırılması bu rejimin hərbi aparatının Qəzzə zolağında öz məqsədlərinə çata bilməməsinin əlamətidir.

Mücahidlər Hərəkatı bu bəyanatda vurğulayıb ki, sionist rejimin cinayətkar naziri Qallantın vəzifəsindən uzaqlaşdırılması bu rejimin təhlükəsizlik və hərbi qurumlarındakı çaşqınlıq, uğursuzluq və dərin böhran səviyyəsini göstərir.

Bəyanatda deyilir: “Bu cinayətkarın uzaqlaşdırılması onu məğlubiyyət rüsvayçılığından və on minlərlə günahsız Fələstin və Livan vətəndaşının öldürülməsinin birbaşa məsuliyyətindən azad etməyəcək. Bununla belə ən böyük cinayətkarlardan birinin və Qəzzə xalqının qətliamına görə məsuliyyət daşıyan Qallantın qovulması işğalçı rejimin Qəzzə zolağına qarşı müharibədə öz məqsədlərinə çatmaqda aşkar uğursuzluğuna işarədir. Bu, qəhrəman Fələstin xalqının əzmkarlığı və fədakarlığı ilə əldə edilmişdir”.

 

Teqlər