Suriya ordusu terrorçuları Həmadan 20 km geri oturdub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i416599-suriya_ordusu_terrorçuları_həmadan_20_km_geri_oturdub
Suriya Ordusu Həmadakı terror qruplaşmalarına qarşı əhəmiyyətli irəliləyişlər əldə edərək, onları şəhərdən 20 kilometr uzaqlaşdırıb.
(last modified 2024-12-04T12:58:52+00:00 )
Dek 04, 2024 16:01 Asia/Baku
  • Suriya ordusu terrorçuları Həmadan 20 km geri oturdub

Suriya Ordusu Həmadakı terror qruplaşmalarına qarşı əhəmiyyətli irəliləyişlər əldə edərək, onları şəhərdən 20 kilometr uzaqlaşdırıb.

Əl-Məyadin kanalının məlumatına görə, Həma şəhəri Suriya ordusunun nəzarəti altındadır və bu şəhərdə vəziyyət normaldır.

Əl-Məyadin müxbiri, terrorçuların Həma şəhərindən şimal-qərbdəki kəndlərə doğru 20 kilometr geri çəkildiklərini bildirib.  

Məlumata əsasən, Suriya ordusu hazırda xalqın dəstəyi ilə bir neçə istiqamətdə irəliləyir, terrorçuların təchizat xətlərini dağıdır və onların geri çəkildiyi ərazilərin təhlükəsizliyini təmin etməyə açlışır. 

Həma şəhərinin mərkəzindən olan səhra mənbələri bu həftə Ən-Nüsrə Cəbhəsi və digər terrorçu qruplaşmalarından öldürülən yaraqlıların sayının 1600-ü keçdiyini bildiriblər.