Minlərlə sionist Fələstin müqaviməti ilə atəşkəs tələb edir
Xəbər mənbələri bildiriblər ki, minlərlə sionist Fələstin müqavimət qrupları ilə atəşkəs tələblərini səsləndirmək üçün Təl-Əviv küçələrinə axışıb.
Məlumata əsasən, yüz minlərlə sionist mühacir şənbə günü axşam Təl-Əviv küçələrində etiraz aksiyası keçirərək, sionist rejimin Nazirlər Kabinetindən Fələstin müqavimət qrupları ilə hərtərəfli razılaşma ilə Qəzzədə saxlanılan bütün sionist məhbusların geri qaytarılmasını tələb ediblər.
Sionist rejim müxalifəti də şənbə günü rejim başçılarına bütün sionist məhbusların azad edilməsi barədə HƏMAS ilə razılığa gəlmək üçün təzyiq göstərmək məqsədilə genişmiqyaslı nümayişlər keçirməyə çağırıb.
Qəzzə zolağında Fələstin müqaviməti 2023-cü il oktyabrın 7-də qəfil bər əməliyyatda Qəzzə zolağına bitişik sionist sakinli qəsəbələr daxil olub və təxminən 250 sionisti əsir götürüb.
Bu əsirlərin bir bir qismi humanitar aksiya çərçivəsində azad edilib, bir qismi isə sionist rejim ilə HƏMAS hərəkatı arasında əsir mübadiləsi əməliyyatı zamanı azad edilib; Lakin onların bir neçəsi işğalçı rejimin ifratçı kabinetinin laqeydliyi və sionistlərin Qəzzəy vəhşi hücumlarının davam etməsi nəticəsində sionistlərin özləri tərəfindən öldürülüb.