Suriyada ələvilərə divan tutulur
HTŞ terrorçuları daha üç Ələvi şeyxini qətlə yetirdilər
Yan 08, 2025 15:55 Asia/Baku
HTŞ terrorçuları Dəməşqi ələ keçirdikdən sonra ölkədəki ələvi-şiə əhalisinə qarşı qırğınlar həyata keçirməyə başlayıblar.
Ən son məlumata görə, Heyəti Təhrirül-Şam terrorçuları Homs-Tərtus yolunda üç Ələvi şeyxini qətlə yetiriblər.
Öldürülənlər arasında Tərtusun Dəhr Mətru kəndindən olan Şeyx Cabir Mahmud İsa Əbu Əli və Bəqudan olan Şeyx Heysəm Maalla da var.
Bildirilir ki, Suriyada Milli Barışıq Təşəbbüsünün rəhbəri Şeyx Cabir İsa Tərtus Dəməşq yolunda silahlı hücum nəticəsində həyatını itirib.