Yan 21, 2025 12:11 Asia/Baku
  • Müharibədə məğlub olduq

Sionist rejimin on dördüncü telekanalının hərbi analitiki Nuam Əmir bir reportajda bazar günü sionist qadın əsirlərin təhvil verilmələri barədə yayılan səhnələrə və Həmas müqavimət qüvvələrinin Qəzzə küçələrindəki qüdrətli iştirakına işarə edib. Vurğulayıb ki: Biz müharibədə məğlub olduq.

Bütün bu səhnələr İsrail rejiminin öz hədəflərinə çatmaq sahəsindəki hərbi məğlubiyyətinin gerçək dəlilidir- deyə, sionist analitik qeyd edib.

Noam Əmir söyləyib: Necə ola bilər ki, Həmas on beş aya yaxın müharibədən və misli görünməmiş kobud bir əməliyyatdan sonra Qəzzənin demək olar ki, tam şəkildə dağılmasına və İsrail ordusunun Həmas-ın qabiliyyətlərini aradan götürmək barədəki vədlərinə rəğmən, öz iştirakı və möhkəmliyini sübut edə bildi?

Bu sionist analitik sonra belə deyib: İsrail ordusunun sözçüsü Danyal Haqari Qəzzənin dağılması ilə bağlı görüntüləri nümayiş etdirmək və onu qələbə təsviri kimi təbliğ etmək istəyirdi, amma İsrailin qadın məhbuslarının təhvil verilməsi səhnəsi/ reallığın tamamilə fərqli olduğuna dəlalət edirdi. Baş verənlər üçün ən yaxşı termin, İsrailin hərbi və siyasi məğlubiyyəti idi. Bundan əlavə, bu, Qəzzədəki missiyanın hələ bitmədiyini xatırladırdı.

Qeyd edək ki, doxsan nəfərdən ibarət olan fələstinli əsilərin ilk qrupu dünən səhər saatlarında İsrail rejimi ilə əsirlər mübadiləsi çərçivəsində Ufer məhbəsindən azad edildi. Həmas bu fələstinli əsirlərin azad olunmaları qarşılığında üç sionist qadın əsiri azad etdi.