Yan 22, 2025 16:51 Asia/Baku

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS Təl-Əvivdə sionistlərə qarşı şəhadətsevərlik əməliyyatını təbrik edərək, İordan çayının qərb sahilindəki fələstinliləri işğalçılara və sionist qəsəbə sakinlərinə qarşı ümumi səfərbərliyə və müqavimətə dəstək verməyə çağırıb.

HƏMAS bir bəyanat yayaraq, çərşənbə axşamı Təl-Əvivdə 4 sionistin yaralanmasına səbəb olan anti-sionist əməliyyatını təbrik edərək, İordan çayının qərb sahilindəki fələstinliləri səfərbər olmağa, işğalçı sionist rejim ordusu və sionist qəsəbə sakinlərinə qarşı müqaviməti gücləndirməyə və Cenin şəhəri və işğalçıların təcavüzünə məruz qalan bütün bölgələri hər cür müqavimət vasitələri ilə dəstəkləməyə çağırıb.

HƏMAS bu bəyanatda, çərşənbə axşamı Təl-Əvivdə həyata keçirilən anti-sionist əməliyyatını qəhrəmancasına əməliyyat adlandırıb və bildirib ki, bu əməliyyat sionistlərin qırğınlarına təbii cavabdır və sübut etdi ki, sionist düşmənin işğaıçılığı, təcavüzləri və cinayətləri davam etdiyi müdddətcə müqavimət davam edəcək və artacaq".