Netanyahunun məhkəmədən yayınması üçün yeni bəhanəsi.
Yan 25, 2025 16:30 Asia/Baku
Sionist rejimin baş naziri Qüds Mərkəzi Məhkəməsindən xahiş edib ki, sağlamlıq vəziyyətinə görə həftədə 3 gün əvəzinə, növbəti həftədə yalnız bir dəfə məhkəmədə cinayət əməllərinə görə şahidlik etsin. Netanyahunun vəkili bu tələbi belə əsaslandırıb: "Netanyahu ötən günlərdə müayinə olunub və həkimlər prostat əməliyyatından sonra istirahətlərinin uzunmüddətli olmalı olduğunu bildiriblər".