Livanlılar sionist işğalçılarından qorxmadan evlərinə qayıtdılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417866-livanlılar_sionist_işğalçılarından_qorxmadan_evlərinə_qayıtdılar
Yüzlərlə Livanlı vətəndaş ölkənin cənubundakı kəndlərin və yaşayış məntəqələrinin girişində toplaşaraq, sionist rejim üçün 60 günlük ultimatumun bitməsindən sonra evlərinə qayıdıblar.
(last modified 2025-01-26T06:45:12+00:00 )
Yan 26, 2025 10:43 Asia/Baku

Yüzlərlə Livanlı vətəndaş ölkənin cənubundakı kəndlərin və yaşayış məntəqələrinin girişində toplaşaraq, sionist rejim üçün 60 günlük ultimatumun bitməsindən sonra evlərinə qayıdıblar.

Livan mətbuatı xəbər verir ki, Livanlı vətəndaşlar sionist rejimi ordusunun xəbərdarlıqlarına baxmayaraq, işğalçılardan qorxmadan evlərinə doğru hərəkət edirlər.

Əl-Xiyam qəsəbəsinin sakinləri öz maşınları ilə bu əraziyə daxil olublar. Sionist əsgərləri Kafrkala məntəqəsində Livanlı qaçqınlara atəş açıblar və nəticədə üç nəfər yaralanıb. Həmçinin, iki Livanlı vətəndaşın sionist əsgərləri tərəfindən əsir götürüldüyü bildirilir.