Bazar ertəsi təşkəs danışıqlarının ikinci mərhələsi başlayacaq
Binyamin Netanyahunun ofisi Trampın Qərbi Asiya üzrə nümayəndəsi Stiv Vitkaf ilə görüş barədə məlumat yayıb.
Netanyahunun ofisindən verilən açıqlamaya görə, bu görüşdə tərəflər atəşkəs danışıqlarının ikinci mərhələsinə başlamaq barədə razılığa gəliblər.
Danışıqların ikinci mərhələsinin bazar ertəsi Vaşinqtonda başlaması planlaşdırılır.Bu danışıqlar yalnız Netanyahu ilə Amerika tərəfi arasında olacaq və İsrail nümayəndə heyətinin ərəb vasitəçiləri ilə danışıqlarının başlama tarixi hələ məlum deyil.
Vitkaf Qətərin Baş naziri və Misir rəsmiləri ilə də görüşəcək.Netanyahu da çərşənbə axşamı Trampla görüşmək üçün bu gün ABŞ-a yola gedəcək.
Danışıqların ikinci mərhələsi atəşkəs rejiminin davam etdirilməsi, İsrail ordusunun Qəzzədən tamamilə çıxarılması və bütün məhbusların azad edilməsinə aiddir ki, bu da Qəzzə müharibəsinin rəsmən başa çatması deməkdir.