Hələbin şərqində minalanmış avtomobil partladılıb; 21 ölü var
Xəbər mənbələri Suriyanın Hələb vilayətinin şərqində bomba yüklü avtomobilin partladılması və ən azı 21 Suriya vətəndaşının həlak olmasından xəbər veriblər.
Suriyanın Mülki Müdafiə Təşkilatı bildirib ki, bu ölkənin şimalındakı Hələb vilayətinin şərqində yerləşən Mənbic şəhərində minalanmış avtomobilin partladılması nəticəsində ən azı 21 Suriya vətəndaşı ölüb, 10 nəfər isə yaralanıb.
Məlumata görə, partlayış Mənbic şəhərində yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.
Hadisənin işləyən qadın və qızları daşıyan nəqliyyat vasitəsinin ərazidən keçdiyi zaman baş verdiyinə görə ölənlərin 20-i qadındır.
Yerli mənbələrdən verilən məlumata görə, partlayış çox güclü olub və hadisədən sonra təcili yardım maşınları və Suriya Mülki Müdafiə Təşkilatının maşınları yardım göstərmək üçün hadisə yerinə gedib.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.