HƏMAS daha 3 sionist məhbusu azad edib
Xəbər mənbələri bu gün daha 3 sionist məhbusun Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verildiyini bildiriblər.
Üç sionist məhbusun azad edilməsi sənədi də Əl-Qəssam komandirləri ilə Qırmızı Xaç Komitəsininrəsmiləri arasında imzalanıb.
Azad edilən sionist məhbuslardan biri məhbusların ailələrini atəşkəs razılaşması prosesinin tamamlanması üçün səylərini davam etdirməyə çağırıb.
Bu məhbus, həmçinin Əl-Qəssam Briqadalarına təşəkkür edib və deyib: “Əl-Qəssam Qüvvələri bir il 4 ay bizi qorudular və Qəzzədə bizə yemək və su verdilər”.
Sionist rejim mediası bildirib ki, Əl-Qəssam məhbusların təhvil verilməsi mərasimində İsrail rejiminin istehsalı olan "Neqev-7" pulemyotu və "Tavor" tüfənglərini nümayiş etdirib.
Bu medialar vurğulayıblar ki, HƏMAS əsirlərin mübadiləsi mərasimini əla bir manevrə çevirib və nəzarətin əlində olduğunu və öz işini nizamlı şəkildə həyata keçirdiyini sübut edib.
ReplyForward
Add reaction