Şeyx Nəim Qasim:
Sionist rejimi tamamilə Livandan çıxmalıdır
Hizbullahın baş katibi, şəhid komandirlərin ildönümü münasibətilə çıxışında sionist rejimin razılaşdırılmış vaxt cədvəli əsasında ölkə torpaqlarından tamamilə geri çəkilməli olduğunu və Livan hökumətinin işğalçı düşmənin geri çəkilməsi üçün cəhdlərinə cavabdeh olduğunu vurğulayıb.
Şeyx Nəim Qasim həmçinin vurğulayıb ki, İran İslam İnqilabı, xüsusilə ideoloji və sosial aspektlərdə, müsəlman xalqlar və qlobal hegemoniyaya qarşı müqavimət göstərənlər üçün bir ideal kimi nəzərə alınmalıdır.
Hizbullah Hərəkatının baş katibi, Livan rəsmilərinin Tehran-Beyrut uçuşunun qarşısını alması barədə danışaraq bildirib ki, baş nazir uçuşların təhlükəsizliyi və mülki şəxslərin təhlükəsizliyi bəhanəsi ilə təyyarənin enməsinin qarşısını almaq qərarını verib və bu, İsrail (rejiminin) qərarını həyata keçirmək məqsədi daşıyır.
Livan hökumətindən İran uçuşlarının qadağan edilməsi məsələsinə yenidən baxmağı və öz suveren mövqeyini bildirməyi tələb edirəm.O, həmçinin Tramp administrasiyasının Fələstinlə bağlı mövqelərini sərt şəkildə tənqid edib və Fələstin amalını məhv etmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib.